RU

La Liqanın iki nəhəng klubu Çelsi nin futbolçusunu istəyir

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərənin "Çelsi" klubunun ispaniyalı sol cinah müdafiəçisi Mark Kukurella yay "transfer pəncərəsi"ndə komandasını dəyişə bilər. Sport24.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını yenidən İspaniya La Liqasında davam etdirmək niyyətindədir.

​Hazırda Kukurellanın transferi üçün əsas namizəd Madrid "Atletiko"su hesab olunur. Paytaxt klubunun idman direktoru artıq oyunçunun nümayəndələri ilə ilkin əlaqə saxlayıb. Baş məşqçi Dieqo Simeone sol cinah müdafiəçi mövqeyinin gücləndirilməsini komandanın yay "transfer pəncərəsi"ndəki əsas prioritetlərindən biri kimi görür.

​Kukurellanın sabiq klubu "Barselona"da öz  yetirməsini geri qaytarmaqda maraqlıdır. Lakin kataloniyalılar mövcud maliyyə problemlərinə görə bu transferdən əvvəl bəzi futbolçularını satmaq məcburiyyətindədirlər.

Xatırladaq ki, futbolçunun "Çelsi" ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. Lakin oyunçunun İspaniyaya qayıtmaq istəməsi transfer ehtimalını artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
sport24.az

1Источники