ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Başı telefona qarışan qadın kanalizasiya quyusuna düşüb. Avtosfer.az xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində baş verən hadisə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə qadının yolla gedərkən diqqətinin mobil telefonunda olduğu görünür. Bu zaman o, kanalizasiya quyusunun qapağının üzərinə addımlayıb. Lakin qapaq qəfildən yerindən oynayıb və qadın bir anda quyunun içinə düşüb. Hadisədən bir neçə saniyə əvvəl qadını motosikletlə oraya gətirən şəxs dərhal onun köməyinə qaçıb. Daha sonra hadisə yerinə xilasedicilər çağırılıb.
Xilasetmə qruplarının səyi nəticəsində qadın quyudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, qadının xəsarətləri orta-ağır dərəcəlidir və müalicəsi davam edir.
Sözügedən hadisənin anbaan kadrlarını təqdim edirik:
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.