RU

Mağazaların endirim hiyləsi Qanun nə deyir?

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mağazaların endirim kampaniyaları zamanı tez-tez tətbiq etdiyi “Endirimli məhsul geri qaytarılmır və ya dəyişdirilmir” qaydası alıcılar arasında ciddi narazılıq yaradır. Çox vaxt ticarət obyektləri bu daxili qaydanı əsas gətirərək müştərilərin tələblərini rədd edirlər. Dövlət qanunvericiliyi isə bu məsələdə tamamilə fərqli şərtlər diktə edir və istehlakçıların maraqlarını qoruyur.Azərbaycan Respublikasının qanunvericiliyinə görə, satışa çıxarılan malın qiymətinin aşağı salınması onun geri qaytarılma hüququnu ləğv etmir. Mağazaların birtərəfli qaydada qoyduğu qadağalar hüquqi qüvvəyə malik deyil və birbaşa qanun pozuntusu hesab olunur. Alıcılar endirimli qiymətə aldıqları geyim, ayaqqabı və digər qeyri-ərzaq mallarını bəyənmədikdə və ya ölçüsü uyğun gəlmədikdə, onları rahatlıqla geri qaytara bilərlər.Mövzu ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qanunun 15-ci maddəsində qeyd olunduğu kimi, lazımi keyfiyyətli qeyri-ərzaq malı formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya uyğun gəlmədikdə və ya digər səbəblərdən təyinatı üzrə istifadə oluna bilmədikdə, istehlakçının həmin malı aldığı yerdə uyğun məhsulla dəyişdirmək hüququ vardır:"İstehlakçı malın alındığı gün nəzərə alınmamaqla, 14 gün ərzində həmin məhsulun dəyişdirilməsini tələb edə bilər. Bunun üçün mal istifadə olunmamalı, əmtəə görünüşü və istehlak xassələri saxlanılmalı, plomb və yarlıqları zədələnməməli, həmçinin kassa qəbzi və ya malın alınmasını təsdiq edən digər sənədlər qorunub saxlanılmalıdır.Satışda uyğun mal olmadıqda, istehlakçı qiymət fərqi nəzərə alınmaqla başqa məhsul seçmək və ya qaytardığı malın dəyərini geri almaq hüququna malikdir".Alıcılar bu prosesdə kassa qəbzini itirdikdə belə, malın həmin mağazadan alındığını digər sübutlarla, məsələn, kamera görüntüləri və ya bank kartı ilə ödəniş çıxarışı ilə təsdiq edərək hüquqlarını tələb edə bilərlər. Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş geri qaytarılmayan malların siyahısına daxil olmayan bütün qeyri-ərzaq məhsulları bu qaydalara tabedir.Vəkil deyib ki, qanunvericilikdə məhsulun endirimli və ya endirimsiz satılması ilə bağlı hər hansı istisna nəzərdə tutulmayıb:"Buna görə də məhsul endirimlə satılsa belə, istehlakçı qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə onu 14 gün ərzində başqa məhsulla dəyişdirə bilər. Əgər uyğun məhsul yoxdursa, ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququna malikdir", - deyə o qeyd edib.Mağazalar endirimli məhsulun qaytarılmasından imtina etdikdə, vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şəkildə müraciət edə bilərlər. Qanunsuz qayda tətbiq edən ticarət obyektlərini ciddi maliyyə sanksiyaları və cərimələr gözləyir.Qısası, mağazanın malı ucuz satması onun keyfiyyətinə və qaytarılma şərtlərinə təsir etmir, alıcı 14 gün ərzində geyinilməmiş endirimli malı mağazaya qaytarıb pulunu geri ala bilər.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
2
demokrat.az

3Источники