RU

Ac insanların basqını 750 metrlik rekordu məhv etdi - Video

Nəhəng sendviç hazırlamaqla dünya rekordu qırmağa cəhd edən təşkilatçılar gözlənilməz problemlə üzləşiblər.

Musavat.com xəbər verir ki, Argentinanın Rosario şəhərində 750 metr uzunluğunda sendviç hazırlanaraq Ginnesin Rekordlar Kitabına düşmək planlaşdırılıb. Layihə çərçivəsində təxminən 1,5 ton mal əti və mindən çox lavaşdan istifadə olunub.

Lakin hazırlıq prosesinin uzanması tədbirə toplaşan insanların səbrini tükədib. İzləyicilər baryerləri aşaraq masaların üzərindəki sendviçi götürməyə başlayıblar.

Nəticədə Ginnesin Rekordlar Kitabının nümayəndələri tələb olunan ölçmələri həyata keçirə bilməyiblər. Buna görə də rekord rəsmi şəkildə qeydə alınmayıb.

Musavat.com

Избранный
42
musavat.com

1Источники