RU

Uşaqlara niyə inək südü vermək olmaz?

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mütəxəssislər körpələrin qidalanmasında inək südündən istifadəyə qarşı xəbərdarlıq edirlər.

Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, xüsusilə bir yaşına qədər olan uşaqlara inək südünün verilməsi sağlamlıq üçün müəyyən risklər yarada bilər.

Pediatrların bildirdiyinə görə, inək südünün tərkibində zülal və mineral maddələrin miqdarı körpələrin həzm sistemi üçün ağır ola bilər. Bu isə böyrəklərə əlavə yük düşməsinə səbəb olur. Bundan başqa, inək südündə dəmirin miqdarı az olduğundan onun erkən yaşlarda istifadəsi dəmir çatışmazlığı və anemiya riskini artıra bilər.

Mütəxəssislər qeyd edirlər ki, bəzi uşaqlarda inək südü allergik reaksiyalar, həzm pozğunluqları və qarın ağrıları ilə nəticələnə bilər. Buna görə də körpələrin əsas qida mənbəyi ana südü olmalı, zərurət yarandıqda isə yaşa uyğun xüsusi süd qarışıqlarından istifadə edilməlidir.

Həkimlər valideynlərə uşağın qida rasionuna inək südünü daxil etməzdən əvvəl pediatrla məsləhətləşməyi tövsiyə edirlər. 

Asya

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
68
1
news.milli.az

2Источники