RU

Putinin gedəcəyi Sankt-Peterburq alovlara qərq edildi: Neft terminalı yanır, hava limanları dayanıb  

Ukrayna iyunun 2-də öz şəhərlərinə Rusiyanın təşkil etdiyi və onlarla insanın ölümünə səbəb olan hücuma cavab olaraq ötən gecə Moskva və Sankt-Peterburqa dron zərbələri endirib.

Musavat.com xəbər verir ki, bu gündən Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin və çoxsaylı xarici qonaqların iştirakı ilə iqtisadi forum işə başlamalıdır. Putin üçün mühüm əhəmiyyətə malik tədbirə sayılı saatlar qalmış Sankt-Peterburqun hava limanları dron təhlükəsi səbəbindən fəaliyyətini dayandırıb. Eyni zamanda Sankt-Peterburq neft terminalına endirilən uğurlu zərbə nəticəsində böyük neft çənlərində yangın başlayıb.

Partlayışlar səhər tezdən davam edib və yanğın daha da yayılıb.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko səhər saat 6:00 radələrində Telegram-da bölgə üzərində 30 dron vurulduğunu bildirib.

Qeyd etmək lazımdır ki, dronlar çərşənbə axşamı Moskvaya da hücum edib. Moskva meri Sergey Sobyanin dəfələrlə dronların vurulması və təcili yardım xidmətlərinin zərbə yerlərində işi barədə məlumat verib.

Eyni zamanda, 3 iyun gecəsi dronlar Tambov vilayətindəki Proqress müdafiə zavoduna zərbə endirib.

Musavat.com

Избранный
49
10
musavat.com

10Источники