RU

Şəxsi kosmetika brendi üçün açıq-saçıq pozalar verdi

Amerikalı model Heyli Biber rəhbərlik etdiyi "Rhode" kosmetika brendinin reklamı üçün cəsarətli çimərlik geyimində kamera qarşısına keçib.

Publika.az xəbər verir ki, fotolar onun "Instagram" səhifəsində yayımlanıb.

29 yaşlı model yeni haylayter kolleksiyasının çıxışını anons edib. O, kamera qarşısında kiçik büstqalter və bel hissəsində nazik bağları olan qəhvəyi bikinidə görünüb. Bundan əlavə, modelin üzərində çiyin və sinəsini qismən açıq qoyan qara rəngli qısa kofta olub.

Kanadalı müğənni Castin Biberin həyat yoldaşı reklam kampaniyası üçün həmçinin ağ rəngli ikihissəli çimərlik geyimi və şəffaf mayka ilə də pozalar verib.

Избранный
71
publika.az

1Источники