RU

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb. "Tipos Arena"da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da millimiz yarımfinala vəsiqə qazanıb.

Azərbaycan seçməsi 1/2 finalda Serbiya ilə üz-üzə gələcək. Görüş bu gün təşkil olunacaq.

Избранный
14
4
azerbaijan-news.az

8Источники