RU

Lionel Messini kimin çalışdıracağına qərar verildi

Ötən çempionatdakı qələbəsindən sonra bu mövsüm "İnter Mayami"dən ayrılan Xavyer Maskeranonu MLS təmsilçisində kimin əvəzləyəcəyi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, komanda mövsümün sonuna qədər Gilyerme Hoyosa tapşırılıb.

Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Başqa szölə, müvəqqəti baş məşqçi cari MLS mövsümünün sonuna qədər vəzifəsində qalacaq. Qərar məşqçinin klub tarixində ən yaxşı başlanğıcını etdikdən sonra verilib - 6 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət.

Bu arada, "İnter Mayami"nin prezidenti Devid Bekhemin baş məşqçi vəzifəsini Pep Qvardiolaya təklif etdiyi bildirilir. Kataloniyalı 55 yaşlı məşqçinin cavabı məlum deyil.

"İnter Mayami"də argentinalı superulduz Lionel Messi, həmçinin, daha bir sabiq "Barselona"lı Luis Suares çıxış edir.

Mirağa

Избранный
35
1
fanat.az

2Источники