RU

“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub

2026-cı ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçılar arasında ən yüksək göstərici “SOCAR Polymer” MMC tərəfindən qeydə alınıb.

Marja İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, “SOCAR Polymer” MMC-nin ixracı cari ilin ilk 4 ayında 90,3 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin eyni dövründə şirkətin ixracı 82,5 milyon ABŞ dolları olmuşdu. Beləliklə, “SOCAR Polymer”in ixracı illik müqayisədə 7,8 milyon dollar və ya 9,5% artıb.

Bu nəticə ilə şirkət dövlətə məxsus qeyri-neft ixracatçıları arasında birinci pillədə qərarlaşıb.

İş elanları AzVak.az-da

Избранный
47
1
marja.az

2Источники