RU

Zelenski G7 sammitində iştirakEDƏCƏK

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun ortalarında Fransada keçiriləcək “Böyük Yeddilik” (G7) sammitində iştirak edəcək.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Zelenski tədbir çərçivəsində Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Böyük Britaniya və ABŞ liderləri ilə bir araya gələcək. Sammit Fransanın Evian-le-Ben şəhərində keçiriləcək.

Mənbələrin bildirdiyinə görə, Ukrayna lideri görüşlər zamanı ölkəsinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məsələsini, həmçinin hərbi-diplomatik əməkdaşlıq mövzularını müzakirə etməyi planlaşdırır.

G7 sammiti 15-17 iyun tarixlərində baş tutacaq.

NURİYYƏ

Избранный
30
redaktor.az

1Источники