RU

Heyvanlar haqqında maraqlı 30 FAKT

Heyvanlar aləmi bir-birindən zəngindir. 

Hər heyvanın özünəməxsus görünüşü olduğu kimi, qəribə özəllikləri də var. Bu xüsusiyyətlər onları bir-birlərindən fərqləndirir. Fərqliliklərin hər biri elmi əsaslara dayanaraq insanlara təqdim edilir. Nəticədə isə onlar hərzaman insanları təəcübləndirməyi bacarır. 

Hit.az heyvanlar haqqında 30 maraqlı məlumatı təqdim edir: 

1. Dəniz atları və ördəkburunların mədəsi yoxdur, onlarda qida birbaşa bağırsaqdan gedir.
2. Toyuqların yumurtası yedikləri qidaların kalsiumundan əmələ gəlir.
3. Sərçənin boyun fəqərləinin sayı, zürafənin boyun fəqərələrindən 2 dəfə çoxdur.
4. Fillər güzgüdə özlərini tanıya bilir.
5. Zürafənin dili 50 santimetrə qədər uzana bilir.
6. Şir gününun 20 saatını yataraq keçirə bilər.
7. İlbizlərin minlərlə xırda dişləri olur.
8. Su samurları yatarkən ayrılmamaq üçün əl-ələ tuturlar.
9. İnəklərin yaxın dostları olur və ayrıldıqda stress keçirirlər. 
10. Kəpənəklər ayaqları ilə dad hiss edir.
11. Qarışqalar öz çəkilərindən 50 dəfə ağır yük daşıya bilirlər.
12. Bəzi qurbağalar qışda donur və yazda yenidən canlanır.
13. Şimal marallarının gözləri qışda mavi, yayda qızılı rəngə çevrilir.
14. Dəvənin hörgücündə su yox, yağ toplanır.
15. Kenqurular geriyə doğru yeriyə bilmir.
16. Köpəkbalıqlarının göz qapağı yoxdur.
17. Kəpənəklər ultrabənövşəyi rəngləri seçə bilir.
18. İlbizlər 3 ilə qədər yata bilər.
19. Qarışqaların ağ ciyəri yoxdur.
20. Köpəkbalığlarının skeleti sümükdən yox qığırdaqdan ibarətdir.
21. Su samurları daşla qabıqlı heyvanları sındıra bilir.
22. Zürafənin ürəyi təxminən 11 kiloqramdır.
23. Bayquşların uçuşu demək olar ki, səssizdir.
24. Bayquşun bir qulağı, difərindən yuxarıda yeləşir.
25. Kirpilər südu həzm edə bilmir.
26. Kirpilər təxminən 5000-7000 tikan daşıyır.
27. Begamotların təri qırmızı rəngdə olur.
28. Qunduzların dişi narıncı rəngədədir.
29. Elektrik ilan balığı 800 volta yaxın elektrik yarada bilir.
30. Dələlərin qabaq dişləri ömürboyu böyüməyə davam edə bilir. 

Arzu İbrəhimova

Избранный
35
hit.az

1Источники