RU

Xankəndi... Beynəlxalq Dil Mərkəziində bir gün…

ain.az bildirir, Adelet.az portalına istinadən.

Qarabağ Azərbaycanımın şah əsərinə çevrilməkdədir. Burada sürətlə gedən bərpa quruculuq işləri göz önündədir…

Mən bunlardan danışmaq istəmirəm. Mən bir müəllim kimi daha çox təhsil sahəsində görülən işləriizləyir, fərəhlənirəm…Qarabağ Universiteti ilə bağlı bütün xəbərləri, yenilikləri gözdən qaçırmıram…Çünki qısa müddət ərzində belə bir təhsil ocağının qurulması sadəcə təqdirəlayiq deyil, həm də millətin gələcəyinin təminatıdır.

Axı təhsilmillətin gələcəyidir..

Bu yaxınlarda Xankəndində, Qarabağ Universitetində iştirakçıların xarici dil bacarıqlarını və natiqlik qabiliyyətlərini əyləncəli şəkildə sərgilədikləri “ILC Talent Show” adlı tədbirə dəvət almışdım. Tədbir keçirilən akt zalında elə qürurla oturmuş, elə fərəhlənmişdim ki, az qala, bərkdən hayqıraraq: “Biz qayıtdıq, biz burdayıq!”-demək istəyirdim. 

Qarabağ Universitenin Beynəlxalq Dil Mərkəzində aparılan işlər, keçirilən tədbirlər, tələbələrə olan qayğı və yanaşmalar məni valeh etdi. Xüsusilə, Mərkəzin direktoru Ramil Hacıyevə sözün əsl mənasında vuruldum.Belə gənclərimiz olduğu üçün

xoşbəxtik. Tədbirdə mərkəzin bütün müəllimləri iştirak edirdi. Mərkəzin direktoru Ramil Hacıyevin ətrafında birləşən müəllim heyətinin yaratdığı səmimi, mehriban ailə mühitini və gənclərdən ibarət belə peşəkar tələbə-müəllim birliyini görmək qürurvericidir.

Burda gənclərimizin müxtəlif əcnəbi dilləri öyrənmələri üçün əllərindən gələni əsirgəmirlər. Dünya çox kiçilib; biznes, elm, texnologiya sərhəd tanımır. Tək dil bilən insan belə bir mühitdə məhdud qalır. Daha çox dil bilmək daha çox imkan, daha geniş dünyagörüşü deməkdir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətə, multikulturalizmə, yeni imkanlara — bir sözlə, dünyaya açılan qapıdır. Amerikalı politoloq Tomer Devey yazır ki, bir dil bilərsən bir qapı açarsan, iki dil bilərsən, iki qapı açarsan, uçuncü dili bilsən artıq dünyanın qapıları sənin üzünə açılar.

Qarabağdakı gənclərimizin çox dil bilməsi, gələcəkdə bu regionu beynəlxalq arenada layiqincə təmsil etmələri deməkdir. Bu mühüm istiqamətdə Ramil Hacıyev başda olmaqla, Aygün Əkbərova, Günay Təhməzova, Gülçöhrə Fərhadova, Gülnarə Paşayeva və Aybəniz Növrəsli kimi müəllimlərin əməyi əvəzsizdir. Onlar cənab Prezident İlham Əliyevin apardığı siyasəti rəhbər tutaraq, şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqlarda xalqımızın xoşbəxt və azad gələcəyi üçün dayanmadan çalışırlar; Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Sizlərə, Ramil müəllim və komandasına , xüsusən də Aygün xanıma dəvət və gözəl münasibət üçün təşəkkür edirəm.

Ramil, 43 ilin bir qocaman müəllimin təklifinə hörmətlə yanaşıb, səmimi müzakirən, söhbətin üçün çox sağ ol. Ümidvaram ki , yenidən görüşəcəyik…

Sonda Fridrix Nitsşenin “Fərqli dil, həyata fərqli baxışdır” fikrini xatırladaraq bildirmək istəyirəm ki, mən sizin həm dilinizə, həm də həyata olan fərqli, işıqlı baxışınıza heyran qaldım.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
1
adalet.az

2Источники