RU

Sankt-Peterburqda neft terminalı yanır - FOTO

Ötən gecə Rusiya regionları Ukrayna dronlarının ən böyük hücumlarından birinə məruz qalıb.

Aznews.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın 354 təyyarə tipli PUA-sını vurub.

Dronların Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Orel, Pskov, Rostov, Smolensk, Tver və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım Respublikası və Azov dənizi üzərində vurulduğu bildirilib.

İlkin məlumatlara görə, Sankt-Peterburqda Rusiyanın şimal-qərbindəki ən böyük neft daşıma kompleksi olan Sankt-Peterburq Neft Terminalına zərbə endirilib. PUA-nın hücumundan sonra obyektdə yanğın baş verib.

Kronştadtdakı liman infrastrukturuna da hücum edildiyi bildirilib.

Dronların Estoniyanın ərazi sularından Finlandiya körfəzi üzərində son dərəcə aşağı hündürlüklərdə uçuraraq Sankt-Peterburqa zərbə endirdiyi bildirilib.

Избранный
11
9
aznews.az

10Источники