RU

Meksikada ABŞ-a uzanan gizli yeraltı tunel aşkarlanıb

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu barədə “The New York Post” məlumat yayıb.

Nəşrin yazdığına görə, tunel Meksika Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə federal hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Tixuananın Nueva Tijuana bölgəsində aşkar edilib.

Taxta ilə üzlənmiş yeraltı keçidin uzunluğu 265 metr, dərinliyi isə 6,4 metr təşkil edir. Mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu, son illərdə aşkar edilən ən böyük tunellərdən biridir.

Səlahiyyətli qurumların məlumatına görə, tuneldən mütəşəkkil cinayətkar qruplar tərəfindən logistika marşrutu kimi istifadə olunub. Keçid vasitəsilə narkotik vasitələrin, silahların və partlayıcı maddələrin daşınması həyata keçirilə bilərdi.

Əməliyyat-axtarış tədbirləri zamanı sursat, mobil telefonlar, bank kartları, videoyazı avadanlığı, eləcə də müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.

S.Rzayeva
XQ

Избранный
9
xalqqazeti.az

1Источники