RU

İsrailin Livana hücumlarında ölənlərin sayı artıb

İsrail ordusunun atəşkəsə baxmayaraq Livanın cənubundakı Sur və Nəbatiyyə şəhərlərinə endirdiyi hava zərbələri nəticəsində 7 nəfər həyatını itirib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu aprelin 17-də qüvvəyə minən və mayın 17-dən etibarən 45 gün uzadılan atəşkəsə baxmayaraq Livana hücumlarını davam etdirir.

Məlumata görə, İsrailə məxsus pilotsuz uçuş aparatının Sur şəhərinin Hoş bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində Suriya vətəndaşı olan 4 nəfər həlak olub.

Qeyd edilir ki, İsrail hərbi təyyarələri səhər saatlarında Sur şəhərinə bağlı Bazuriyyə qəsəbəsinə iki hava zərbəsi endirib.

Digər tərəfdən, səhər saatlarında Mərcayun bölgəsində yerləşən Arid Mərcayunda ardıcıl üç güclü partlayış baş verib. Həmçinin Dibbin və Arid Dibbin ərazilərində də gecə boyu partlayış səslərinin eşidildiyi bildirilib.

Partlayışlar nəticəsində ətrafdakı bəzi ev və iş yerlərinə maddi ziyan dəyib. Cədidə Mərcayun qəsəbəsindəki bina və mağazaların şüşələrinin sındığı qeyd olunub.

İsrailə məxsus bir PUA səhər saatlarında Nəbatiyyə şəhərinə bağlı Deyr Zəhrani-Habbuş magistral yolunda hərəkətdə olan pikap tipli avtomobili hədəfə alıb. Hücum nəticəsində bir nəfər yaralanıb.

İsrail hərbi təyyarələri həmçinin Nəbatiyyəyə bağlı Kəfər Təbnit qəsəbəsinə hava zərbəsi endirib.Cənubdakı Bint Cübeyl şəhərinə bağlı Təbnin qəsəbəsinə təşkil edilən hücum zamanı isə yaralananların olduğu bildirilib.

Избранный
25
cebheinfo.az

1Источники