Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycanın Müstəqillik Günü İsrailin Kiryat-Yam şəhərində də qeyd olunub.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin dəstəyi, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri, Kiryat-Yam şəhərinin mer müavini Adam Amilovun təşkilatçılığı, Kiryat-Yam bələdiyyəsinin tərəfdaşlığı ilə baş tutan tədbirdə çıxış edən Kiryat-Yam şəhərinin meri David Even-Tzur iki ölkə arasındakı mövcud dostluq münasibətlərinin əhəmiyyətindən danışıb, Azərbaycandan olan insanların şəhərin ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının layihə meneceri Emil Şleymoviç Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən bəhs edib, onun müsəlman Şərqində ilk demokratik respublika olduğunu xatırladıb.
Assosiasiyanın icraçı direktoru Şaul Siman-Tov Şaul Siman-Tov isə müasir Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətinin məhz həmin dövrdə formalaşan ənənələrə söykəndiyini vurğulayıb.
Tədbir bədii hissəsi ilə davam edib.
Qonaqlara Azərbaycan təamları da təqdim olunub.