RU

Hakan Fidan sabah Cənubi Koreyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 4-də Cənubi Koreyaya rəsmi səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat yayıb.

Bildirilib ki, Fidan səfər zamanı Cənubi Koreyanın xarici işlər naziri Ço Hyunla görüşəcək.

Qeyd olunub ki, bundan əlavə Türkiyə XİN rəhbərinin Koreya Universitetində keçiriləcək konfransda çıxış etməsi də planlaşdırılır.

Daşqın HəsənovMissiya.Az

Избранный
30
missiya.az

1Источники