RU

Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video

style='margin-bottom:10px;'>

2026-cı il dünya çempionatında iştirak edəcək Türkiyə millisi ABŞ-a çatıb.

QOL.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

İstanbuldan havaya qalxan xüsusi təyyarə Florida ştatındakı Fort-Loderdeyl Beynəlxalq Hava Limanına enib. Daha sonra komanda avtobusla qalacaqları otelə yollanıb. Otelin qarşısında toplaşan türk azarkeşlər millini bayraqlar və şüarlarla qarşılayıblar.  

DÇ-2026-da ABŞ, Avstraliya və Paraqvayla birlikdə D qrupunda mübarizə aparacaq Türkiyə millisi mundial öncəsi son yoxlama oyununu iyunun 7-də Venesuelaya qarşı keçirəcək.
 
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatında ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək.

Избранный
21
1
teleqraf.com

2Источники