RU

Perinatal Mərkəzdə yanğınla bağlı təqsirləndirilən sabiq direktor məhkəməyə gəlməyib

Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyevaya, şöbə rəisləri Elnur Əhmədli və Hamlet Mustafayevin məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə səhər saatlarında Mehriban Abasquliyevaya son söz verilib.

Lakin o son söz üçün hazır olmadığını bildiridiyi üçün proses 14:00-a kimi təxirə salınıb. Sonra Mehriban Abasquliyevanın səhhətində problem yarandığı bildirilib.

Qeyd olunub ki, o xəstəxanaya yerləşdirilib. Hakim təqdirləndirilən şəxsin vəkilinə xəbərdarlıq edib. Hakim deyib ki, əgər təqsirləndirilən şəxs prosesdə iştirak etməsə, onun barəsində olan qətimkan tədbiri dəyişdirilə bilər.

Növbəti iclas sabaha təyin olunub.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müvəkkilərinə bəraət verilməsini istəyib. Həmçinin təqsirləndirilən şəxslər də onlara bəraət verilməsini xahiş edib.

Təqsirləndirlən Elnur Əhmədli çıxışında bildirib ki, iki az yaşlı övladı var və iki ildir, heç yerdə işə düzələ bilmir.

Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalından həbs edilmələrini təklif etmişdi.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Избранный
10
3
bakivaxti.az

4Источники