RU

Tramp: Müctəba Xamenei danışıqlarda iştirak edir

ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Müctəba Xameneinin Vaşinqtonla danışıqlarda iştirak etdiyini təsdiqləyib.

"Yeni Sabah" The New York Post-a istinadla xəbər verir ki, o, Xameneinin atəşkəs danışıqları ilə bağlı qərarlarda tam iştirak etdiyini bildirib.

Amerika prezidenti əlavə edib ki, İran lideri ilə görüşmək istəyir: pizza hut

"Hər kəslə görüşmək istərdim. Onunla görüşmək istərdim və bəlkə də nə vaxtsa görüşümüz olacaq. Bu, işlərin necə getməsindən asılıdır.

Buna qədər ABŞ dövlət katibi Marko Rubio ABŞ senatorlarına Xameneinin ABŞ ilə bəzi əlaqələrdə iştirak etdiyini, lakin birbaşa yox, yazılı mesajlar göndərdiyini bildirib.

Lakin daha əvvəllər, martın 25-də ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin ya öldüyünü, ya da ağır yaralandığını iddia etmişdi.

Ağ Ev rəhbəri bu fikri "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirmişdi.


Telegram kanalımız
Избранный
14
yenisabah.az

1Источники