RU

“Turan Tovuz”la yaranan qarışıqlıq püşkatmaya kim gedəcək?

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

UEFA-nın dünən verdiyi qərar ilə “Turan Tovuz” Konfrans Liqasından kənarlaşdırılıb. Klub qadağanın aradan qaldırılması üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

CAS adətən qərarları 2-3 ay müddətinə verir, lakin klubların avrokuboklarda iştirakı məsələsi daha prioritet olduğu üçün proses sürətləndirilə bilər.

Sanksiya ləğv edilməzsə, “Turan Tovuz”un əvəzinə Konfrans Liqasında “Zirə” təmsil olunacaq.

Turnirdə püşkatma mərasimi iyunun 16-da olacaq. Buna qədər qərar verilməzsə, tədbirdə “Turan Tovuz” təmsil olunacaq. CAS qərarını bundan sonra açıqlayacağı halda və tovuzluların qadağası qüvvədə qalacağı təqdirdə, seçilmiş rəqiblə “Neftçi” qarşılaşacaq. Buna səbəb “Turan Tovuz”dan sonra ən yüksək pilləni – dördüncü sıranı “ağ-qaralar” tutmasıdır.

“Zirə” isə “Neftçi”yə düşən rəqiblə oynamalı olacaq.

Ötən il belə bir hal Slovakiya futbolunda yaşanıb. “DAC 1904” Konfrans Liqasından kənarlaşdırılma qərarı alıb, ancaq CAS araşdırması dövrü yekunlaşmadığı üçün iyunun 17-də baş tutan püşkatma mərasiminə bu klub qatılıb. Lakin qadağanın qüvvədə qalması elan ediləndən – 30 iyundan sonra “DAC 1904″ün rəqibi “Neman” (Belarus) II təsnifatda Slovakiyanın digər təmsilçisi “Koşitse” ilə üz-üzə gəlib.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
futbolpress.az

1Источники