RU

Tanınmış aparıcı Speysdəki işindən çıxarıldı

"Space" müstəqil televiziya və radio şirkətində kütləvi ixtisarlar başlayıb. Uzun illərdir burada çalışan tanınmış aparıcı Cavid Gül "Space" Radio-dakı rəsmi işindən uzaqlaşdırılıb.

Demokrat.az xəbər verir ki, kanalda aparılan struktur dəyişiklikləri zamanı daha dörd operator və 25 illik iş təcrübəsi olan səs rejissoru da vəzifəsindən azad edilib.

Televiziyada son dövrlər ciddi maaş problemlərinin yaşandığı bildirilir. Aparıcı Könül Muxtarova da mövzu ilə bağlı açıqlamasında üç aydır əməkhaqqı ala bilmədiyi üçün kanaldan öz istəyi ilə ayrıldığını təsdiqləyib.(olay)

Demokrat.az
Избранный
7
demokrat.az

1Источники