RU

Uruqvaylı “Barselona”ya getsə, “Qalatasaray”dan Osimeni almaq istəyirlər

“Atletiko” hücum xəttini gücləndirmək üçün “Qalatasaray”ın forvardı Viktor Osimhen variantını nəzərdən keçirir.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, Madrid klubu ilə yollarını ayıra biləcək Xulian Alvaresə maraq böyükdür.

Argentinalı forvardın xidmətində başda “Barselona” olmaqla Avropanın digər top-klubları maraqlıdır. Bu səbəbdən, “Atletiko” mümkün ayrılığa qarşı alternativlər üzərində işləyir.

Alvares yayda komandadan ayrılarsa, “Atletiko”nun əsas hədəflərindən biri Osimhen olacaq. Klub rəhbərliyi nigeriyalı hücumçunun transferinin 75 milyon avrodan baha başa gələcəyini anlayır.

Ancaq Alvaresin satışından böyük gəlir əldə ediləcəyi təqdirdə, madridlilər bu məbləği ödəməyə hazır olacaqlar.

27 yaşlı Osimhen ötən mövsüm 33 oyunda meydana çıxıb, 22 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun “Qalatasaray”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Избранный
24
sportinfo.az

1Источники