Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Pakistan yığması ilə sınaq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma iyunun 9-da, saat 17:30-da Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi Azərbaycanın U-20 millisi iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.