RU

Kiyev və Dnepr bölgələrinə raket hücumu 18 ölü, 116 yaralı

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya ordusu gecə boyu Ukraynanı raket və dron hücumlarına tutub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum dalğası səhər saatlarına qədər davam edib.

İlkin məlumatlara görə, paytaxt Kiyev və Dnepr şəhərlərini hədəf alan hücumlar nəticəsində ən azı 18 nəfər ölüb və ən azı 116 nəfər yaralanıb.

Ukrayna ordusunun açıqlamasında qeyd olunub ki, Rusiya ordusu hücumda 8 Tsirkon, 33 İskəndər-M, 27 X-101 və 5 Kalibar raketi, eləcə də 729 kamikaze dron daxil olmaqla 73 müxtəlif növ raketdən istifadə edib. Ukrayna hava hücumundan müdafiə sistemləri 40 raket və 602 dronu ələ keçirsə də, hədəflərinə çatan mərmilər əhəmiyyətli dağıntılara səbəb olub.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
525.az

1Источники