RU

Azərbaycanlılar yayda ən çox bu ölkələrə üz tuturlar –SİYAHI

Artıq yay mövsümü başlayıb və insanların əksəriyyəti tətil planlarını reallaşdırmağa hazırlaşır. Kimisi uzun müddətdir görmək arzusunda olduğu ölkələrə üz tutur, kimisi isə büdcəsinə uyğun istiqamətləri seçir. Xarici səfərlərə marağın artdığı bu dövrdə tez-tez gündəmə gələn suallardan biri də Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səyahət etməsidir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev bildirdi ki, mövsüm artıq başlayıb və insanlar yay tətili üçün səyahətlərə üstünlük verməyə başlayırlar:

"Xüsusilə iyun, iyul və avqust ayları turist axınının ən yüksək olduğu dövr hesab edilir. Bu aylarda həm ailəvi istirahət, həm də fərdi səfərlər əhəmiyyətli dərəcədə artır. Turistlər daha çox Avropa ölkələrinə, Türkiyəyə, Misirə və Gürcüstana üz tuturlar. Bununla yanaşı, son illərdə Asiya istiqamətinə maraq da xeyli yüksəlib. Tayland, Bali, Malayziya, Vyetnam və digər Asiya ölkələri həm münasib qiymətləri, həm də ekzotik istirahət imkanları ilə diqqət çəkir və turistlərin ən çox seçdiyi marşrutlar sırasında yer alır. Ümumilikdə, bu istiqamətlər üzrə səyahət edənlərin sayı kifayət qədər çoxdur və yay mövsümündə xarici turlara tələbatın daha da artacağı gözlənilir".

Qeyd edək ki, ABŞ/İsrail-İran müharibəsindən sonra BƏƏ, Qətər kimi ölkələrə turist səfərlərinə maraq azalıb.

NURİYYƏ

Избранный
19
2
redaktor.az

3Источники