RU

“Gangnam Style”ın ifaçısı saxlanıldı

“Gangnam Style”ın ifaçısı PSY barədə istintaq aparılır.

Demokrat.az xəbər verir ki, “Gangnam Style” mahnısı ilə dünya şöhrəti qazanan cənubi koreyalı müğənni və prodüser PSY reseptlə verilən dərmanların əldə olunması qaydalarının pozulması ilə bağlı istintaqa cəlb olunub. Yerli media məlumatına görə, iş araşdırılması üçün prokurorluğa göndərilib.

Məlumata əsasən, hüquq-mühafizə orqanları PSY-nin adından bəzi psixotrop preparatların üçüncü şəxslər tərəfindən əldə olunması hallarını araşdırır. İddialara görə, bu hallar 2022–2025-ci illəri əhatə edir.
Müğənni ittihamlarla bağlı araşdırma aparıldığını təsdiqləyib və istintaq orqanları ilə əməkdaşlıq etdiyini bildirib. Hazırda onun barəsində məhkəmə qərarı çıxarılmayıb.

Qeyd edək ki, bəzi xarici media orqanlarında PSY-nin “saxlanıldığı” və ya “həbs edildiyi” barədə başlıqlar yayılsa da, mövcud rəsmi məlumatlar onun barəsində araşdırmanın davam etdiyini və işin prokurorluğa təqdim olunduğunu göstərir.

PSY 2012-ci ildə yayımlanan “Gangnam Style” mahnısı ilə qlobal məşhurluq qazanıb. Mahnının klipi internet tarixində bir milyard baxışı keçən ilk YouTube videosu kimi yadda qalıb.

Demokrat.az
Избранный
9
demokrat.az

1Источники