Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 2 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən bu ilin yaz aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi ərazilərdə intensiv yağıntılar, torpaq qatının həddindən artıq nəmlənməsi, çay vadilərində eroziya proseslərinin güclənməsi və geoloji dayanıqsızlıq səbəbindən bir sıra sürüşmə hadisələri qeydə alınıb.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, mütəxəssislər Kiçik Qafqaz zonasında, xüsusilə Gədəbəy, Daşkəsən, Göygöl və Kəlbəcər istiqamətlərində sürüşmə aktivliyində artım müşahidə olduğunu bildiriblər. Qeyd olunub ki, əsasən Gədəbəy rayonunda yüksək rütubət və yamac sularının təsiri nəticəsində kənd yollarında çökmələr baş verib, bəzi kəndlərdə fərdi yaşayış evlərinin divarlarında iri çatlar qeydə alınıb. Daşkəsən rayonunda isə dağ-mədən fəaliyyəti aparılan ərazilərdə torpaq kütlələrinin dayanıqlığının zəifləməsi daha qabarıq şəkildə müşahidə olunub. Xüsusilə filiz hasilatı aparılan yamaclarda sürüşmə riskinin artması sənaye infrastrukturu üçün əlavə təhlükə yaradır. Həmin ərazilərdə təbii və texnogen amillərin birgə təsiri nəticəsində geoloji risklər daha da güclənib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.