RU

Netanyahu Trampı da bezdirdi -mən olmasaydım, həbslərdə çürüyərdin...



Bədrəddin Quliyev: “Netanyahu öz davranışları, yürütdüyü siyasətlə, atəşkəsi pozmaqla Trampı bərk qəzəbləndirib”

“Axios”un ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp Livanda atəşkəsin pozulmasından sonra İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında kobud ifadələr işlədib. Xəbərdə deyilir ki, Tramp Netanyahunu "dəli" olmaqda günahlandırıb və Beyruta yeni hücumun İsrailin beynəlxalq təcridini daha da artıracağı barədə xəbərdarlıq edib.

“Axios”un məlumatına görə, Tramp həmçinin “Sən dəli olmusan. Mən olmasaydım, həbsxanada olardın” deyərək Netanyahuya keçmişdəki dəstəyini xatırladıb və İsrailin son hərəkətlərinin dünya miqyasında tənqidlərə səbəb olduğunu bildirib.

Tramp bununla nə demək istəyir? “Mən olmasaydım türmədə çürüyürdün” nə deməkdi? Niyə Netanyahuya belə deyir?

Siyasi ekspert Bədrəddin Quliyev baki-xeber.com-a bildirdi ki, ABŞ Prezidentinin İsrailin baş nazirinə qarşı işlətdiyi aşağılayıcı ifadələr gözlənilməz deyildi. Ekspert qeyd etdi ki, Tramp ümumiyyətlə bir neçə ölkə rəhbərini bu cür danlayıb, narazılığını onlara bu şəkildə çatdırıb. Netanyahuya gəlincə, B.Quliyev hesab edir ki, burada bir neçə məqsəd ola bilər. “Əsas məsələ isə odur ki, Tramp Netanyahunun yürütdüyü siyasətdən çox narazı qalıb”.B.Quliyev vurğuladı ki, Trampın İranla bağlı yekun qərarları açıqlanası İranla gedən danışıqlar prosesinin həddindən artıq ağır keçdiyini göstərir. Ekspert qeyd etdi ki, danışıqlar prosesində ilkin olaraq Netanyahunun maneçilik törətməsi onun danışıqlar prosesindən kənarda qalmasına səbəb olub: “Netanyahu bütövlükdə prosesə maneçilik törətməyə çalışır. Bu da Trampın narazılığına səbəb olur. Ümumiyyətlə ABŞ Prezidenti Netanyahunu çox müdafiə edib. İndi isə görür ki, müdafiəsində durduğu, həbs olunmaqdan xilas etdiyi Netanyahu Trampın maraqlı olduğu proseslərə əngəl olmaqdadır. Bu səbəbdən də Tramp ona “mən olmasaydım indi sən türmədə idin” deyir. Həqiqətən də o həbs olunmaqdan Trampın səyləri ilə xilas olub. Açıq görsənir ki, Netanyahu öz davranışları, yürütdüyü siyasətlə, atəşkəsi pozmaqla Trampı bərk qəzəbləndirib. O da ona belə sözlər deyib. Fikrimcə, Netanyahu Trampın xəbərdarlığından nəticə çıxarmalıdır. Nəticə çıxarmasa müdafiəsiz qalacaq.

Bu gün isə yenə gərginliyə səbəb İsrail və Netanyahudur. Əslində Tramp onun sözü iləİrana hücum etdi və nəticədə bu cür oldu. Trampın bu ifadəsinə digər tərəfdən yanaşsaq başqa bir mənzərə görə bilərik. Yəni burada başqa bir nüans da var. Ola bilsin, Tramp üzdə Netanyahunu danlaya bilər,amma arxada istənilən vaxt Netenyahudan istifadə etməkdən də çəkinmiməz. Yəni bu Trampın növbəti göstərisi də ola bilər. Bu gün belə deyər, sabah başqa bir söz söyləyər. Ümumiyyətlə, İsrail faktoru Amerikanın Yaxın Şərq regionunda ən böyük bir qalasıdır”-deyə B.Quliyev bildirdi.

İradə SARIYEVA

Избранный
21
baki-xeber.com

1Источники