RU

Napoli danimarkalı hücumçunu birdəfəlik transfer edib

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

​"Napoli" ötən mövsüm icarəyə götürdüyü hücumçu Rasmus Höylundu heyətində saxlayıb. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, Neapol təmsilçisi danimarkalı forvardın transfer hüquqlarına tam sahib olub.İtaliya klubu bu keçid üçün "Mançester Yunayted"ə 44 milyon avro təzminat ödəyib. Müqavilədəki məcburi satınalma bəndinə əsasən, ötən yay ödənilən 6 milyon avroluq icarə haqqı da daxil olmaqla, transferin ümumi dəyəri 50 milyon avroya çatıb.Qeyd edək ki, Rasmus Höylund bu mövsüm "Napoli"nin heyətində 44 rəsmi matçda 16 qol vurub 6 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
sport24.az

1Источники