RU

Xalq artisti: “Gənclər biri birilərinə layiq olduqlarını biləndən sonra ailə qursunlar”

ain.az bildirir, Bizim media portalına istinadən.

“Tez ailə qurub boşanan da var, tez ailə qurub ömrünün sonuna qədər birlikdə yaşayan da var. Burada bir qrafik, bir qayda-qanun, bir konstitusiya qoymaq düzgün deyil”.Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Xalidə Quliyeva “qafqazinfo.az”a müsahibəsində deyib.“Bir də ki, bizdə çox şeylər səhvdir, mən bunu bu gün anlayıram. Gənc oğlanla qız tanış olurlar. Nə isə onların fikirləri uyğun gəlirsə, bir müddət görüşməlidirlər, bir müddət bir yerdə olmalıdırlar, bir müddət eyni həyatı yaşamalıdırlar. Teatra, kinoya getməlidirlər, bir-birlərini tanımalıdırlar. İki-üç il yaşasınlar ki, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar. Məncə, belə olmalıdır”, - deyə Xalq artisti əlavə edib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
bizim.media

1Источники