RU

ABŞ İran münaqişəsi Avropada 1,3 milyon insanı işsiz qoya bilər

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ və İran arasındakı münaqişə nəticəsində enerji daşıyıcılarının qiymətinin kəskin artması Avropa İttifaqında (Aİ) 1,3 milyona qədər iş yerinin itirilməsinə səbəb ola bilər.

“Qafqazinfo” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Aİ-nin məşğulluq və sosial hüquqlar üzrə komissarı Roksana Minzatu keçirdiyi mətbuat konfransında məlumat yayıb.

Komissar xüsusilə enerjitutumlu sənaye sahələrinin ciddi təhlükə altında olduğunu vurğulayıb:

“Yaxın Şərqdəki müharibə səbəbindən 1,3 milyona qədər iş yeri risk altındadır və biz ilk növbədə enerjitutumlu sənayedəki iş yerlərindən danışırıq”.

Avropa Komissiyasının proqnozlarına görə, ən böyük ixtisarlar 600 min iş yeri ilə avtomobil sənayesində gözlənilir. Bununla yanaşı, tikinti, metallurgiya, kimya və nəqliyyat sektorlarında ümumilikdə 56 min nəfərin işini itirə biləcəyi qeyd olunur.

Qlobal enerji böhranı Aİ-nin “yaşıl keçid” layihələrinə də zərbə vurub; batareya istehsalı layihələrində təxminən 85 min, günəş panelləri sənayesində isə 58 mindən çox iş yeri qapadılmaq təhlükəsi ilə üz-üzədir. Karbon qazı tullantılarının azaldılması tədbirləri fonunda isə polad istehsalı sektorunda əlavə 4500 iş yerinin ixtisara düşəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, rəsmi Tehran böhranın uzanmasında birbaşa Vaşinqtonu ittiham edib. İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai ABŞ-nin danışıqlarda davamlı olaraq mövqe dəyişdiyini, ziddiyyətli tələblər irəli sürdüyünü və media vasitəsilə razılaşdırılmamış mesajlar yayaraq prosesi bilərəkdən ləngitdiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
4
qafqazinfo.az

5Источники