RU

Macarıstanın Baş naziri: Müharibədən sonra Avropa Rusiya enerjisinə qayıda bilər

Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, Ukraynada müharibənin başa çatmasından sonra Avropa ölkələri qismən Rusiya enerji resurslarından yenidən istifadə etməyə başlaya və Moskvaya qarşı tətbiq olunan bəzi sanksiyaları ləğv edə bilər.

Almaniyanın Frankfurter Allgemeine Zeitung nəşrinə verdiyi müsahibədə Madyar qeyd edib ki, bu məsələ Avropanın iqtisadi rəqabət qabiliyyəti ilə birbaşa əlaqəlidir. Onun sözlərinə görə, mümkün sülhdən sonra Avropanın yeni iqtisadi və siyasi “soyuq müharibə” şəraitində fəaliyyət göstərməsində maraqlı olan tərəf yoxdur.

“Müharibə başa çatdıqdan sonra Avropa qismən Rusiya enerji mənbələrinə qayıdacaq və sanksiyaların bir hissəsini aradan qaldıracaq. Bu, bütövlükdə Avropanın rəqabət qabiliyyəti ilə bağlı məsələdir. Lakin bunun üçün ilk növbədə müharibə sona çatmalıdır”, – deyə Macarıstanın Baş naziri vurğulayıb.
Madyarın açıqlaması Avropanın enerji təhlükəsizliyi və Rusiyaya qarşı sanksiya siyasətinin gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda diqqət çəkib.

Hazırda Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmaq siyasətini davam etdirir, lakin müharibədən sonrakı dövrdə bu yanaşmanın necə dəyişəcəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur.

//Samir Qurbanov, Editor.az

Избранный
25
editor.az

1Источники