Mən Ramzan Kadırovu ilk dəfə konsertimdən bir gün sonra gördüm.
"Ölkə.az" xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində müğənni Roza Zərgərli bildirib.
Müğənni bildirib ki, təəssüf ki, hələ də bəzi insanlar qəbullana bilmirlər.
"Ramzan Kadırov şəxsən mənim qəbul olunmağım üçün göstəriş vermişdi. Qeyri-təvazökarlıq da olsa, məni dünya şöhrətli sənətçilərə göstərilən ehtiramla qarşıladılar. Ramzan Kadırov təşəkkürünü bildirirkən qeyd etdi ki, mən onların Xalq artisti ilə duet ifa etmişəm. O, bunu yüksək qiymətləndirdi.
Müğənni bildirib ki, Ramzan Kadırov onun bütün müsahibələrini, hətta Rusiya kanallarında yayımlanan verilişini də izləyibmiş:
"Məlum oldu ki, əvvəlcədən fəaliyyətim barədə geniş araşdırma aparılıb və ona ətraflı məruzə edilib. Görüş zamanı Kadırov bildirdi ki, nə gözəl Azərbaycanda savadlı, mədəni və səhnə mədəniyyətinə uyğun geyinən ifaçı var. Bu sözləri eşitmək mənim üçün xoş oldu. Düzdür, bəzi saytları yazdı ki, “Azərbaycanın Xalq artisti Çeçenistan Prezidenti ilə görüşdü”. Açığı, bu başlıqlar mənə bir qədər gülməli gəlir. Yazırlar, nə edək?.."