RU

Netanyahu Trampdan danışdı - “Ona şans verilməlidir”

“ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı problemi diplomatik yollarla həll edə biləcəyinə inanır”.

Sitat.info xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “CNBC” telekanalına müsahibəsində deyib.

Ağ Ev rəhbəri ilə İran məsələsində ortaq məxrəcdə olduqlarını bildirən Netanyahu Trampın strategiyasını dəstəklədiyini vurğulayıb:

“Tramp hesab edir ki, uranın zənginləşdirilməsi problemini diplomatik təzyiq və sərt danışıqlar yolu ilə həll edə bilər. Məncə, ona şans verilməlidir”.

Baş nazir müsahibəsində ABŞ və İsrail arasında zaman-zaman taktiki fikir ayrılıqlarının yarandığını da etiraf edib.

O, bu gərginliklərin keçici olduğunu və tərəflərin həmişə kompromis tapdığını qeyd edib:

“Bəzən ən yaxşı ailələrdə olduğu kimi, bizim də taktiki fikir ayrılıqlarımız olur. Amma biz həmişə bu problemi həll etməyin yolunu tapırıq. Səhər fikir ayrılığı yaşaya bilərik, amma günortaya ortaq addım atırıq. O mənə, mən də ona hörmət edirəm”.

Избранный
7
6
sitat.info

7Источники