RU

Rutte: ABŞ-ın PAC-3 raketlərinin Ukraynaya tədarükü davam edir

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukraynaya Amerika PAC-3 tutucu raketlərinin tədarükü "gündəlik və həftəlik" davam edir.

Turkustan.az xəbər verir ki, o, bu barədə Kiyevdə Prezident Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Alyansın baş katibi qeyd edib ki, PAC-3 tutucu raketləri hava hücumundan müdafiə üçün son dərəcə vacibdir, ona görə də "həmişə onların ümumi sayının hazırda mövcud olandan çox olmasını istəyirsiniz".

Aytən Yaşar/ Turkustan.az

Избранный
19
1
turkustan.az

2Источники