RU

Con Kerri istefaya gedir: Məqsədi odur ki...

Con Kerri istefaya gedir: Məqsədi odur ki...

ABŞ-ın iqlim məsələləri üzrə elçisi Con Kerri vəzifəsini tərk edəcək.

Publika.az xəbər verir ki, bu barədə o özü "NBC News"a məlumat verib.

"Düşünürəm ki, seçki ili olduğunu və Konqresin dondurulduğunu nəzərə alsaq, mən istefa verirəm, lakin bu məsələni tərk etmirəm – bu məsələnin üzərində başqa aspektlərdən çalışacağam", - Kerri bildirib.

Prezident Barak Obamanın dövründə ABŞ-ın dövlət katibi olmuş Kerri gələn həftə Dünya İqtisadi Forumunun keçiriləcəyi İsveçrə Davosuna gedəcək.

Kerri həmçinin "NBC News"a deyib ki, Co Baydenin 2024-cü ildə yenidən seçilməsinə kömək etmək üçün əlindən gələni edəcək.

Massaçusetsdən olan keçmiş senator Kerri 2004-cü ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş, o vaxtkı prezident Corc Buşa məğlub olmuşdu.

Избранный
443
1
sonxeber.az

10Источники