RU

Azər Bağırov: “Hazırlıq prosesi istədiyimiz kimi keçdi”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov bu gün “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Hazırlıq prosesi istədiyimiz kimi keçdi. Toplanışı plana uyğun başa vurduq. Oyunda da nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq”.

Azər Bağırov zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzauinin durumuna da toxunub: “Onlar Bakıda komandaya qoşulacaqlar. Hər ikisi rəsmi oyunlara qədər tam hazır olacaq”.

Избранный
391
34
arena.az

10Источники