RU

COVID-19-la mübarizə aparan həkimlərin maaşları ilə bağlı - Yeni QƏRAR

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb. Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmuşdu.

Saglamolun.Az





Избранный
63
32
saglamolun.az

10Источники