Alimlər ölüm nisbəti 100 faiz olan koronovirus növü yaradıblarÇin alimləri beyinə hücum edən və “insanlaşmış” siçanlar üzərində təcrübədən keçirdikləri 100% öldürücü olan “koronavirusun mutant ştammı”nı sınaqdan keçirirlər.“Daily Mail” Pekin alimlərinin tədqiqatının dərc olunmamış ilkin nəşrinə istinadən iddia edir ki, çin ordusu ilə əlaqəli olan elm adamları panqolinlərdə tapılan və GX_P2V kimi tanınan COVID-ə bənzər virusu klonlaşdıraraq “insanlaşmış” siçanları yoluxdurublar. Nəticədə siçanların hamısı ölüb. Onlar bununla 100% öldürücü olan bir COVID ştammını yaratmış olublar.Nəşr eyni zamanda bu tədqiqatın təhlükələri ilə bağlı bir neçə alimin fikrinə istinad etsə də, tədqiqata keçid vermir və araşdırmanı hələ dərc etmir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта