Bakı. Trend:
Bukingem Sarayı bir gündə kral ailəsi üzvlərinin səhhəti iləbağlı iki açıqlama verib.
Trend xəbər verir ki, 75 yaşlı Kral III Çarlz müalicə olunabilən prostat vəzinin xoşxassəli şişi səbəbindən gələn həftəxəstəxanaya yerləşdiriləcək.
42 yaşlı Uels şahzadəsi Keyt Middlton isə bir gün əvvəl adiqarın əməliyyatı üçün xəstəxanaya yerləşdirilmişdi.
Onun ictimai çıxışları qeyri-müəyyən müddətə təxirə salınıb.