Bu meyvə qaraciyəri təmizləyir, saç köklərini qidalandırır
İnnab çox faydalı, uzunömürlü və faydalı bitkidir. Sarı-qırmızı rəngli, şirin dadlı və xoş ətirli meyvələrinin çox mühüm müalicəvi əhəmiyyəti var.Metbuat.az saglamolun.az-a istinadən innabın faydalarını təqdim edir:- İnnab böyrək xəstəlikləri üçün faydalı meyvədir. Buna görə də böyrək problemi olan insanların intensiv şəkildə yeməsi tövsiyə olunur. - İnnab C vitamini ilə çox zəngindir. Buna görə də qışda soyuq havanın yaratdığı xəstəliklərdən qorunmağa təmin edir. - Quru öskürək problemlərində qurudulmuş meyvəsindən və yarpaqlarından əldə olunmuş bitki çayı istifadə olunur. - Tərkibində yüksək miqdarda omeqa 7 yağı var. Bu, bədəndə kollagenin səviyyəsini artırmağa kömək edir. - Saç köklərini qidalandırmağa kömək edir. Onları bərpa edir. - Qaraciyəri təmizləyən meyvələrdən biri də innabdır. - Pis xolesterolu balanslaşdırmağa kömək edir. - Həddindən artıq yeməkdən qaynaqlanan həzmsizlik probleminə qarşı innab yemək faydalıdır.