RU

Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni ticarət məhdudiyyətləri və sanksiya siyahılarının genişləndirilməsini əhatə edə biləcək 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, bu barədə mənbə danışıb.

Onlar bunu fevralın 24-dək təsdiqləmək niyyətindədirlər.

Mənbənin sözlərinə görə, çərşənbə günü blok ölkələrinin səfirlərinin görüşündə mümkün sanksiyalar müzakirə edilib. Onlar sanksiya siyahılarının genişləndirilməsi, əlavə ticarət məhdudiyyətləri, habelə Rusiya Federasiyasının sanksiyalardan yayınması ilə mübarizə tədbirləri məsələlərini müzakirə ediblər.


Telegram kanalımız
Избранный
347
37
yenisabah.az

10Источники