RU

Biləsuvarda dəm qazından zəhərlənən şəxslərin adları məlum olub YENİLƏNİB

Biləsuvarda

Biləsuvar, 21 yanvar, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunda dəm qazından zəhərlənən şəxslərin adları məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri bildirib ki, onlar Biləsuvar rayon sakinləri - 1980-ci il təvəllüdlü R.Babayeva, 2007-ci il təvəllüdlü E.Babayeva, 2010-cu il təvəllüdlü Z.Suvarlı, 1988-ci il təvəllüdlü G.Suvarova, 2015-ci il təvəllüdlü A.Suvarov, 2009-cu il təvəllüdlü F.Məmmədzadə, 2006-ci il təvəllüdlü M.Məmmədzadə, 1979-cu il təvəllüdlü L.Məmmədova, 2012-ci il təvəllüdlü Z.Məmmədova, 1997-ci il təvəllüdlü G.İbrahimova, 1969-cu il təvəllüdlü R.Əliyevadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

21:27

Biləsuvar rayonunda 4 fərqli ünvanda dəm qazından kütləvi zəhərlənmə olub.

TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanvarın 21-də gün ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsi ilə 11 nəfər müraciət edib.

Zəhərlənənlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Избранный
406
3
azertag.az

10Источники