RU

Sertan Taşkın Türkiyədə növbəti oyununa çıxdı

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının da çıxış etdiyi "Manisa" səfərdə “Keçiörengücü" ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Meydan sahiblərinin qolunu 4-cü dəqiqədə Uerdi Mara vurub. "Manisa"dan isə 33-cü dəqiqədə Oğuz Gürbulak fərqlənib.

Sertan da bu oyunun iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

"Manisa" bu nəticədən sonra 23 xalla 10-cu pillədə qərarlaşır.






















Bizi İnstagramda izləyin

Избранный
193
7
525.az

10Источники