Onun əlindəki çantaya baxış keçirilərkən 1 kiloqram 125 qram narkotik vasitə marixuana, 1 ədəd “Browling” markalı tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. V.Nəcəfəliyev odlu silahı və narkotiki satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı V. Nəcəfəliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
dia-az.info