RU

NASA mütəxəssisləri Mars helikopterindənistifadəni dayandırıb

Bakı. Trend:

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA)mütəxəssisləri əvvəllər zədələnmiş “İngenuity” helikopterindənistifadəni dayandırıblar.

Trend xəbər verirki, bu barədə Amerika Kosmik Agentliyinin Jet Propulsion Laboratory(JPL) tərəfindən dərc edilmiş yazılı bəyanatında deyilir.

Sənəddə göstərildiyi kimi, helikopter “gözləntiləri aşaraq vəplanlaşdırılandan bir neçə uçuşu tamamlayaraq, Qırmızı planetdəkimissiyasını dayandırıb”.

“Helikopter dik vəziyyətdə qalsa da və yerdə nəzarətçilərlətəmasda olsa da, bu həftə Yerə göndərilən 18 yanvar uçuşunungörüntüləri onu göstərir ki, eniş zamanı onun bir və ya bir neçəqanadı zədələndib və uçuş yerinə yetirə bilmir” ,- deyə sənəddəqeyd olunub.

NASA həmçinin qeyd edib ki, ilkin olaraq 30 gün ərzindəİngenuity-in yalnız beş nümayiş uçuşunu planlaşdırdığını, lakincihaz Marsda "təxminən üç il ərzində 72 uçuş həyata keçirib".

Tikintisi 80 milyon dollara başa gələn helikopter Perseveranceroveri ilə birlikdə 18 fevral 2021-ci ildə Jezero Kraterinəçatdırılıb. NASA daha əvvəl altı təkərli roverin çata bilmədiyiyerləri araşdırmaq, həmçinin planetin səthinin 3D xəritələriniyaratmaq və digər elmi problemləri həll etmək üçün çəkisi 1,8 kqolan İngenuity-dən istifadə edəcəyini bildirmişdi.

Məqalədə:
Избранный
546
38
az.trend.az

10Источники