İngiltərədə bütün həyatımızın mərkəzində olan cib telefonları üzərində aparılan araşdırma, telefonların tualetdən 18 qat daha çox bakteriya ehtiva etdiyini ortaya çıxarıb. Üstəlik, ictimai nəqliyyatda, yemək süfrəsində, əlimizdən yerə qoymadığımız mobil telefonlar ciddi infeksiyalara səbəb olur. Türkiyəli Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi prof. Dr. A. Çağrı Büke bununla bağlı maraqlı açıqlama verib. Statistikaya əsasən, dünya əhalisinin 90 faizindən çoxunun mobil telefonu var. Az qala bədənimizin bir hissəsinə çevrilmiş telefonlarımızı yataqda, yemək süfrəsində, hətta tualetdə əlimizdən qoymuruq. Mütəxəssislər bildirirlər ki, bizim vazkeçilməz parçamız olan cib telefonları mikroblar üçün çox böyük sığınacaq yaradır. Tədqiqatçılar mikroblar üçün uyğun bir çoxalma yeri olaraq görülən tualetlərdə telefonların istifadəsinin inanılmaz zərəri olduğunu söyləyirlər. Cib telefonlarının təhülkəsindən danışılarkən, adətən maşın sürərkən istifadə edilməsinin həyati təhlükəli olduğu deyilir, amma mikrob və bakteriyaların səbəb ola biləcəyi infeksiya riskinin yaratdığı problemlər diqqətdən kənarda qalır. Telefonlarda tualetdən 18 dəfə çox bakteriya var. Bu da insanların sağlamlığını ciddi şəkildə riskə ata bilər.Saglamolun.Az