RU

Finlandiya Rusiya ilə sərhədi aça bilməz - Finlandiyanın Baş naziri

Finlandiya Rusiya ilə sərhəddə keçid məntəqələrini aça bilməz.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo “Yle” telekanalının efirində bildirib.

“Biz başa düşürük ki, şərq sərhədindən kənarda da Finlandiyaya qanunsuz daxil olmaq istəyən insanlar var. Aydındır ki, biz sərhədi aça bilmərik”, - o bildirib.

Qeyd edək ki, Finlandiya Nazirlər Kabinetinin qərarı ilə iki ölkə sərhədindəki keçid məntəqələri fevralın 11-dək bağlanıb. Finlandiya Daxili İşlər Nazirliyinin fevralın 8-də hökumətin iclasında bu məsələ ilə bağlı yeni qərarı açıqlayacağı gözlənilir.






















Bizi İnstagramda izləyin

Избранный
250
8
525.az

10Источники